“Liverpul” “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallisterlə müqavilə imzalamağa yaxındır.
Sportinfo.az xəbər verir ki, argentinalı ilə şəxsi razılaşma əldə edilib.
Öncədən “qırmızılar”ın 24 yaşlı futbolçunu transfer etmək uğrunda digər klubları qabaqladıqları və keçidi rəsmiləşdirməyə hazır olduqları bildirilirdi.
Makallister cari mövsümdə “qağayılar”ın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Aleksis Argentina milli komandası ilə DÇ-2022-nin qalibi olub.