“Qarabağ”ın satdığı hücumçunu ayın ən yaxşısı seçdilər

02:10 Hadisə 89
“Qarabağ”ın satdığı hücumçunu ayın ən yaxşısı seçdilər

“Qarabağ”ın sabiq legioneri Kamilo Duran Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

Sporitnfo.az xəbər verir ki, “Seltik”in hücumçusu “William Hill Premiership Player of the Month” mükafatına layiq görülüb.

24 yaşlı forvard avqustda “Dandi”, “Kilmarnok” və “Falkirk”lə Premyer Liqa oyunlarında meydana çıxıb.

Cənubi amerikalı “Falkirk”lə görüşdə vurduğu iki qolla komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub. O, daha sonra “Aberdin”lə matçda da fərqlənib.

Duran “Seltik”in heyətində indiyədək bütün turnirlərdə 7 oyuna çıxıb və 6 qol vurub.

Kolumbiyalı oyunçu “Qarabağ”dan Şotlandiya klubuna bu yay keçib

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM