Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Şəfa" Sumqayıtda "İmişli"ni qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.
