"Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi - Kralın ölümünə görə

29 Avqust 01:30 Hadisə 317
"Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi - Kralın ölümünə görə

“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Vikinq”in Norvem çempionatında “Olesun”la matçının vaxtı dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Norveç kralı V Haraldın vəfatı ilə əlaqədar avqustun 29-na planlaşdırılan görüş avqustun 30-na keçirilib.

“Vikinq” liqada 17 turdan sonra 30 xalla ikinci sıradadır.

“Sabah” Norveç təmsilçisi ilə səfərdə qarşılaşacaq. Oyunun tarixi isə hələlik açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti