“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, Francisko Morais (Deku) bölgə təmsilçisinin yeni üzvüdür
. 21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Deku karyerası ərzində Anqolanın “Petro Luanda U19”, eləcə də Portuqaliyanın “Kasterense” və “Alverka B” komandalarının formasını geyinib.
Anqolalı yarımmüdafiəçi son olaraq “Alverka B”də çıxış edib.
