Premyer Liqa təmsilçisi “İmişli” Türkiyə klubunu təbrik edib.
Söhbət “Fənərbağça”nın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasından gedir.
Bölgə təmsilçisi bu mənada yeniliyə imza ataraq özünü gülməli vəziyyətə salıb.
“İmişli”nin sosial media platformalarında “Fənər” üçün paylaşılan postda qardaş ölkənin təmsilçisina təbrik ünvanlanıb, Avropa arenalarında uğurlar arzulanıb.
Yeniliyə imza atmaq eşqinə düşən “İmişli”nin bu addımı futbol ictimaiyyəti tərəfindən qınağa səbəb olub.
İzləyicilər klubun etdiyi paylaşıma 300-dən çox rəy bildirib ki, böyük əksəriyyət “İmişli” rəsmilərini tənqid edib:
“Özünüzü biabır etməyin, ay kişi”.
“Azərbaycan klubları qələbə qazandılar da. İndiyə qədər görmüsünüz ki, hansısa türk klubu “Qarabağ”ı, “İmişli”ni öz səhifəsində təbrik etsin? Ona görə də özünüzü zəif göstərməyin”.
“Admin, özünüzə hörmət edin”.
“Ətiniz tökülsün”.
“Bu nədir, sən Allah?”
“Silin bunu”.
“Fənər” “Sabah”ı təbrik etməyib. Sizə nə olub?”
“Biabırçılıq davam edir”
“İndi bunlar da “Fənərbağça”dan “çox sağ ol” mesajı gözləyəcəklər”.
“72 %. Köpüyünü bol elə”.
Edilən paylaşım və məsələyə yanaşma ilə bağlı şox şey yazmaq olar. Amma nəticəsiz qalacağını yaxşı billirik.
“İmişli” rəsmiləri Azərbaycan futboluna bu cür yeniliklər gətirməkdə olsun, komanda da ev oyunlarını bir gün Şamaxıda, o biri gün Qubada, ertəsi Yevlaxda keçirməkdə.
HƏBİB / SPORTİNFO.AZ
