"Qarabağ"a ciddi yanaşdıq, onlara 4:1 qalib gələ bilmişiksə...”

00:30 Hadisə 46
"Qarabağ"a ciddi yanaşdıq, onlara 4:1 qalib gələ bilmişiksə...”

"Tvente"nin baş məşqçisi Con van den Brom Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qalib gələrək Liqa mərhələsinə vəsiqə qazanmaları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Niderland təmsilçisi ilk görüşdə 0:1 hesabı ilə uduzsa da, cavab matçında 4:1 hesabı ilə qalib gəlib.

Mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

"Hər iki oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. Sadəcə ilk matçda şanssızlıq səbəbindən məğlub olduq.

Rəqibi çox yaxşı təhlil etmişdik, çalışmışdıq. Bunun sayəsində qələbə qazandıq.

"Qarabağ"ın qolundan sonra oyuna bir qədər də ciddi yanaşdıq və istəyimizə nail olduq.

4:1 hesabı ilə qalib gələ bilmişiksə, bu, qarşılaşmanın çox çətin keçmədiyini göstərir".

Digər Xəbərlər
Xəbər Lenti