Roberto Karlos İslam dinini qəbul edibmi? - Ondan AÇIQLAMA

10:20 Hadisə 92
Roberto Karlos İslam dinini qəbul edibmi? - Ondan AÇIQLAMA

Braziliya futbolunun əfsanəsi Roberto Karlos son günlər sosial mediada yayılan “İslamı qəbul edib” iddialarını təkzib edib.

Sportinfo.az xəbər verir ki, “Real Madrid” və Braziliya millisinin keçmiş futbolçusu İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında həyat yoldaşının müsəlman olduğunu və onun ibadətinə hörmətlə yanaşdığını deyib.

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”, – deyə futbolçu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!