"Qarabağ"ı gözləməyi lazım bilmədilər - RƏSMİ AYRILIQ

21 Avqust 02:40 Hadisə 645
"Qarabağ"ı gözləməyi lazım bilmədilər - RƏSMİ AYRILIQ

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" Sayf Ltayeflə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi "Krakoviya"ya (Polşa) keçib.

"Qarabağ" bu gün "Tvente"yə qarşı pley-off mərhələsinin səfər oyununa çıxıb və 1:0 hesablı qələbə qazanıb.

Cavab matçı isə avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti