Futbolçuların yolda öldüyü qəza hadisəsinin VİDEOsu

07:50 Hadisə 135
Futbolçuların yolda öldüyü qəza hadisəsinin VİDEOsu

İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Sportinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

99 EN 361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. “Ford Transit”in sürücüsü isə xəsarət alıb.

Qəzada ölənlər “Qobu"nun oyunçuları olublar.

“Qobu” 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Fotoda: Bəhruz Sultanov və Rauf Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!