Azərbaycanın tanınmış müğənnisi, 2011-ci ildə ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Nigar Camalın qızı Jasmin Keyn İngiltərədə futbol karyerasını uğurla davam etdirir.
Sportinfo.az xəbər verir ki, “Luton Taun”un formasını geyinən futbolçu son qarşılaşmalardan birində baxımlı qola imza atıb.
Gənc hücumçunun fərqləndiyi an sosial şəbəkələrdə yayılıb və futbolsevərlərin diqqətini çəkib.
Jasmin Keyn daha əvvəl “Tottenhem”də də çıxış edib. O, həmin vaxt verdiyi açıqlamada karyerasının gələcək mərhələsində “Çelsi” formasını geyinmək istədiyini söyləyib.
Nigar Camalın qızının vurduğu qolu təqdim edirik:
