AFFA-nın Texniki direktoru "Sabahın ulduzları"nı yerində izlədi - FOTO

08:10 Hadisə 90
AFFA-nın Texniki direktoru "Sabahın ulduzları"nı yerində izlədi - FOTO

AFFA-nın Texniki direktoru Edmond Klaus Bayıl stadionunda - Futbol İnkişaf Mərkəzində olub.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis "Sabahın ulduzları" Bakı Kuboku uğrunda yarışın oyunlarını stadiondan canlı izləyərək, gənc futbolçuların oyununu və inkişaf potensialını müşahidə edib.

Edmond Klausun rəhbərliyi altında seleksiya qrupu U-15 Dünya Çempionatı və Festifalında iştirak edəcək milli komandamız üçün namisədlər seçir.

"Sabahın ulduzları" Bakı Kuboku AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilir.

Stadion əsaslı təmirdən sonra bu mövsümdən uşaq və gənclər futbolunun istifadəsinə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!