"Sabah"ı gözləməyə səbrləri çatmadı, iki nəfəri icarəyə verdilər

02:30 Hadisə 106
"Sabah"ı gözləməyə səbrləri çatmadı, iki nəfəri icarəyə verdilər

Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də (Beer-Şeva) iki ayrılıq yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Mor Siman Tov Kiryat Şmona Hapoel"inə, Yoav Koren isə "Makkabi"yə (PetaH-Tikva) icarəyə verilib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klublarda çıxış edəcək.

"Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə avqustun 25-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!