“Qarabağ”ın oyununda çəkilən bu VİDEO Ukraynada səs-küy yaratdı

22:05 Hadisə 469
“Qarabağ”ın oyununda çəkilən bu VİDEO Ukraynada səs-küy yaratdı

“Qarabağ” Konfrans Liqasının pley-offuna yüksəlməyi bacardı.

Polşada Kiyev “Dinamo”suna 0:1 hesabı ilə uduzan təmsilçimiz Bakıdakı qarşılaşmada 2:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi.

Oyunun ən yaxşılarından biri heç şübhəsiz Aleksey Kaşuk idi. Hücumda şans qazanan futbolçu həmyerlilərinin qapısına ikinci qolu vurmaqla yanaşı, bir neçə epizodda təhlükə yaratmağı bacardı.

Matçdan sonra Kaşukun meydanda “Dinamo”nun dörd futbolçusu ilə şirin-şirin söhbət etməsi obyektivə tuş gəlib və həmin video Ukraynanın sosial şəbəkə səhifələrinin birində paylaşılıb.

Məhz həmin görüntülərə görə ukraynalı futbol həvəskarları “Dinamo”nun futbolçularını “ağ yuyub, qara sərib”.

Şərhlərin bir neçəsini təqdim edirik:

“Uduzublar, hələ bunların duruş tərzlərinə bax. Elə bil, qalib komandanın qəhrəmanlarıdır”.

“Kaşuk klounlara futbolu necə oynamağı öyrədir”.

“Kaşukdan “Qarabağ”a keçməyin yollarını soruşurlar yəqin”.

“Bir hücumçu, dörd axmaq”.

“Meydanda necə can qoymaq lazım olduğunu Kaşukdan öyrəsinlər. Başqa ölkənin komandası üçün əlindən gələni edirdi. Bunlar özlərini güclə gəzdirirdi”.

“Uşaqlar dadlı plov və lülə kabab həvəsinə düşüblər. Kaşukdan məsləhətli restoranların yerini soruşurlar”.

“Utanıb paltardəyişmə otağına qaçmaq əvəzinə meydanda dayanıb söhbət etməklərinə bax. Çünki uğursuzluq onların vecinə deyil”.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq.

İlk oyun avqustun 20-də Enshededə, cavab görüşü avqustun 27-də Bakıda reallaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti