Rusiyada qondarma "DQR"-i dəstəkləyənlər məsuliyyətə cəlb edildi

28 Yanvar 2023 15:30 Hadisə 516
Rusiyada qondarma "DQR"-i dəstəkləyənlər məsuliyyətə cəlb edildi

Yekaterinburqun erməni icmasının rəhbəri icazəsiz mitinq təşkil etdiyinə görə məsuliyyətə cəlb edilib.

Artıq Masis Nazaryanla bağlı iş məhkəməyə gedib.

Polis onu bildiriş vermədən kütləvi tədbir təşkil etməkdə ittiham edir. O, İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi ittiham olunur.

Masis Nazaryan 2003-cü ilin yanvarından Sverdlovsk vilayətindəki “Ani-Armeniya” erməni icması ictimai təşkilatının idarə heyətinin sədridir.

Bu bazar ertəsi, yanvarın 23-də Yekaterinburqda Müqəddəs Karapet kilsəsi yaxınlığında onlarla insanın iştirak etdiyi “artsax” sakinlərinə dəstək aksiyası keçirilib. Onlar Ermənistan və qondarma rejimin “bayrağ”ı ilə yanaşı, “Ani-Ermənistan”ın da bayrağını açıblar.

Görünən odur ki, təşkilat sədrinə qarşı işin başlanmasına bu səbəb olub.

Yeri gəlmişkən, kilsənin hasarlanmış ərazisində keçirilən aksiyanın məqsədi erməni tərəfinin fikrincə blokadaya düşmüş “artsax” sakinlərinə dəstək ifadə etmək olub.

Masis Nazaryanla yanaşı, Helen Kirakosyana qarşı da İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsi ilə iş başlanıb. O, da həmçinin icazəsiz mitinq təşkil etməkdə ittiham olunur.

Digər Xəbərlər
Xəbər Lenti