Mahir penaltini qaçırdı, dilxor oldular, İngiltərədə aranı qatdılar – FOTOLAR

26 Noyabr 2021 13:40 Hadisə 953
Mahir penaltini qaçırdı, dilxor oldular, İngiltərədə aranı qatdılar – FOTOLAR

Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın fanatları İngiltərədə qalmaqal törədiblər.

Polşa klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Lester”lə qarşılaşıb.

Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi oyunun ikinci hissəsində qonaq fanatlar ixtişaş törədib.

Polyaklar əvvəlcə pirotexniki vasitələrdən istifadə ediblər. Daha sonra isə “Lester”in azarkeşləri olan sektora hücum etmək istəyiblər. Polis insidentin qarşısını almaq istəyərkən, polşalılar onlara da hücum ediblər.

Mahir Emreli bu qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti