FİFA Azərbaycan klublarına nə güzəştlər edəcək?

7 Aprel 2020 10:24 Dünya futbolu 765
FİFA Azərbaycan klublarına nə güzəştlər edəcək?

FİFA yaxın müddətdə koronavirus pandemiyası ilə bağlı dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını açıqlayacaq.

Sportinfo.az xəbər verir ki, qurum mövsümün vaxtını müddətsiz artıracaq.

Bu, milli assosiasiyalara çempionatın başa çatma tarixini müstəqil şəkildə müəyyənləşdirmək imkanı verəcək. Həmçinin, yay “transfer pəncərəsi”nin müddəti dəyişdiriləcək.

Qərara əsasən, klublar müqaviləsi bu il iyunun 30-da başa çatacaq futbolçularla müqavilələri uzada biləcək ki, onlar mövsümü indiki komandalarında başa çatdırsın.

Hazırda dünyanın əksər liqaları dayandırılıb. Avropada isə yalnız Belarusda oyunlar davam edir. Bir müddət əvvəl UEFA prezidenti Aleksander Çeferin Avropada çempionatların bitməsi üçün son tarix kimi avqustun 3-nü göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol