COP29

“Mən inanmasaydım, bəlkə də..." - VİDEO

27 Noyabr 2023 02:20 Digər növlər 379
“Mən inanmasaydım, bəlkə də..." - VİDEO

“Kəmərlə Azərbaycana qayıtmaq, bayrağımızı qaldırmaq hissini ancaq qələbə qazananlar bilər.

Mən də kəməri çoxdan gözləyirdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanlı MMA döyüşçüsü, “Eagle FC”nin yeni çempionu Ramin Sultanov deyib.

“Eagle FC 54” turniri çərçivəsində rusiyalı Maqomed Kurbanovla görüşdə dörd raund davam edən döyüşün sonunda qalib gələn həmyerlimiz öz çempionluq yolundan bəhs edib:

“Mən inanmasaydım, bəlkə də, döyüşməzdim. Hər döyüşə çıxanda özümə inanıram. Planımız başqa cür idi. Həmişə döyüşün beş raund davam edəcəyini fikrimdə tuturam. Çünki əgər rəqibin üzərinə tez hücum etsəm, gücüm qalmayacaq”.

Döyüşçümüz daha da yüksəklərə qalxmaq, Azərbaycanda tarix yazmaq istədiyini söyləyib.

Ramin Sultanov MMA karyerası ərzində keçirdiyi doqquz döyüşdə qələbə qazanıb, cəmi bir dəfə məğlub olub.

Ətraflı süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"