“Qarabağ”a qayıtdı, üç illik müqavilə imzaladı

14 İyun 2024 19:20 Qarabağ 6 441
“Qarabağ”a qayıtdı, üç illik müqavilə imzaladı

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib.

Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol