Azərbaycanlı Kiyev "Dinamo"suna qarşı oyunda iştirak etdi

12 Noyabr 2024 03:10 Bizimkilər 2 023
Azərbaycanlı Kiyev "Dinamo"suna qarşı oyunda iştirak etdi

Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçrilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi "Polesye" də növbəti matçına çıxıb.

Emilin komandası Kiyev "Dinamo"sunun qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mustafayev matçın 78-ci dəqiqəsində, "Dinamo" 2 top fərqi ilə öndə olarkən meydana buraxılıb.

13 tura 22 xal toplayan "Polesye" Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?