Azərbaycanlı oyunçu yeni getdiyi ölkədə möhtəşəm qola imza atdı - VİDEO

30 Avqust 23:20 Bizimkilər 160
Azərbaycanlı oyunçu yeni getdiyi ölkədə möhtəşəm qola imza atdı - VİDEO

Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadə İsraildə növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, "Kiryat Şimona"da çıxış edən 25 yaşlı vinger İsrail çempionatının 2-ci turunda "İroni Tiberiyas"la görüşdə rəqib qapısına yol tapıb.

Onun cərimə zərbəsindən vurduğu qol baxımlı alınıb.

Start heyətdə meydana çıxan Rüfət 72-ci dəqiqədə fərqlənib. Oyun Rüfətin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu yay İsrail klubuna keçən Abdullazadənin aktivində 2 qol var. O, İsrail kubokunda da 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"