Rüfət İsraildə qol vurdu, komandası ilk qələbəni qazandı

30 Avqust 01:50 Bizimkilər 616
Rüfət İsraildə qol vurdu, komandası ilk qələbəni qazandı

İsrail Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” öz meydanında “İroni Tiberias”ı qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya ilk “11-lik”də başlayan Rüfət matçın 72-ci dəqiqəsində adını tabloya yazdıraraq komandasının ikinci qoluna imza atıb. O, 78-ci dəqiqədə əvəzlənərək meydandan çıxıb.

Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran “Kiryat Şmona” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti