Nərimana 5 dəqiqə vaxt verən “Ərzurumspor” ilk xalını “Gənclər”dən aldı

02:00 Bizimkilər 67
Nərimana 5 dəqiqə vaxt verən “Ərzurumspor” ilk xalını “Gənclər”dən aldı

Türkiyə Superliqasında üçüncü tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.

Matçda qalib aşkarlanmayıb.

Oyuna ehtiyatdan başlayan Nəriman Axundzadə 85-ci dəqiqədə çilili hücumçu Martin Rodrigezin meydana çıxıb.

Bu heç-heçə sayəsində “Ərzurumspor” mövsümdə ilk xalını qazanıb. İlk dəfə xal itirən “Gənclərbirliyi” isə hazırda Superliqanın liderdir (7 xal).

“Gənclərbirliyi” - “Ərzurumspor” 1:1
Qollar:
Tozlu, 55 (0:1), Traore, 66 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!