Rumıniya çempionatında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Universitatya Kluj”un qonağı olub.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan millimizin müdafiəçisi 81-ci dəqiqədə Sergiu Hankanın əvəzinə meydana çıxıb.
Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran "Petrolul" turnir cədvəlində ikinci pilləyə yüksəlib.
“Universitatya Kluj” - “Petrolul” 2:3
Qollar: Bran Flores, 3 (0:1), Lukiç, 11 (1:1), Jerdea, 34 (1:2), N'Lundulu, 49 (1:3), Lukiç, 55 (2:3)
