Mahir qol vurdu, “sarı” aldı, avrokuboklardan kənarda qaldı

00:40 Bizimkilər 58
Mahir qol vurdu, “sarı” aldı, avrokuboklardan kənarda qaldı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Rakuv”un heyətində Konfrans Liqasının pley-off mərhələsinin "Hayduk"la cavab oyununda meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, görüş Polşanın Çenstoxova şəhərindəki "Rakuv Arena"da keçirilib.

Matç Xorvatiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyun 2:2 hesabı ilə yekunlaşdığından “Hayduk” ümumi hesabda 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Start heyətində yer alan Mahir 88-ci dəqiqədə qol vuraraq hesabı 2:2 edib və oyunun əlavə vaxtda davam etməsinə şərait yaradıb

. Lakin burada "Hayduk" daha 1 qol vurmağı bacarıb. Beləliklə, “Rakuv” Konfrans Liqasında mübarizəni dayandırıb.

Qarşılaşmada sonadək meydanda qalan Mahir 89-cu dəqiqədə sarı vərəqə alıb

Bu, 29 yaşlı hücumçunun "Rakuv"un heyətində Konfrans Liqasında 3-cü, ümumən isə 4-cü qolu olub.

"Rakuv” (Polşa) - “Hayduk” (Xorvatiya) 2:3

Qollar: Diabi-Fadiqa, 61-pen; Emreli, 88 - Raçi, 2, Seqo, 66, Pukstas, 94
İlk oyun - 2:2


Digər Xəbərlər
Xəbər Lenti