Komandamız Avropa çempionatında Ermənistanı QABAQLADI

08:00 Bizimkilər 70
Komandamız Avropa çempionatında Ermənistanı QABAQLADI

Kosovanın paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyinin yekunlarına əsasən Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitəmiqyaslı yarışın ən yaxşı kişi idmançısı adını qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

SİNCLAİR cədvəli əsasında aparılan hesablamalara görə, təmsilçimiz birincilikdə iştirak edən bütün rəqiblərini qabaqlayıb. O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyib.

Xatırladaq ki, Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb.

Digər məqam isə oğlan atletlərin çıxışı ilə bağlıdır. Komanda toplamda qazandığı medalların sayına və əyarına görə 24 komanda arasında 5-ci olub.

Maraqlıdır ki, burada da idmançılarımız Ermənistan kollektivini geridə qoyub. İlk 6 kollektivin sıralanması aşağıdakı kimidir:

Gürcüstan

Rusiya

Türkiyə

Bolqarıstan

Azərbaycan

Ermənistan

Digər Xəbərlər
Xəbər Lenti