Quliyev “İberiya 1999”un ağır məğlubiyyətində iştirak elədi

03:50 Bizimkilər 101
Quliyev “İberiya 1999”un ağır məğlubiyyətində iştirak elədi

Avropa Liqasının pley-off mərhələsində “İberiya 1999” Polşadan “Yagelloniya”ya 0:4 hesabı ilə məğlub olub.

Sportinfo,az xəbər verir ki, Tbilisi təmsilçisinin heyətində çıxış edən “Zirə”nin keçmiş yarımmüdafiəçisi Eldar Quliyev qarşılaşmanın 80-ci dəqiqəsində Nikoloz Dadianinin əvəzinə meydana daxil olub.

“Yagelloniya”nın qollarını 34-cü dəqiqədə penaltidən Xesus İmaz, 45+2-ci dəqiqədə Ceremi Aqbonifo və 90+2-ci dəqiqədə Serxio Lozano vurublar.

Daha bir qol isə 62-ci dəqiqədə “İberiya 1999”un futbolçusu İbrahim Alhassanın avtoqolu nəticəsində qeydə alınıb.

Bu qələbə ilə “Yagelloniya” Avropa Liqasının liqa mərhələsinə vəsiqə uğrunda ciddi üstünlük əldə edib.

Hər iki komanda Konfrans Liqasının liqa mərhələsində iştirakını artıq təmin edib. Cütün qalibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

“İberiya 1999” futbol komandasının baş məşqçisi “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenkodur.

Eldar Quliyev 2023-cü ilin fevral ayında "Zirə"yə 100 min avro qarşılığında transfer olunub və 3.5 illik müqavilə imzalayıb.

O, 67 oyuna çıxaraq iki qol vurub. Cari ilin may ayında müqavilənin müddəti başa çatdığı üçün “Zirə”dən ayrılıb. Quliyev 2018-ci ildə 16 yaşlılardan ibarət Azərbaycan millisində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!