Mahir Emreli qol vurdu, xorvat dilində müsahibə verdi - VİDEO

22 Avqust 00:40 Bizimkilər 508
Mahir Emreli qol vurdu, xorvat dilində müsahibə verdi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bir neçə xarici dil bilməsi ilə fərqlənir.

Sportinfo.az xəbər verir ki, “Rakuv”un (Polşa) 29 yaşlı futbolçusu Xorvatiyada yerli jurnalistlərə elə xorvat dilində müsahibə verib.

Hadisə UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”a qarşı səfər oyunundan (2:2) sonra baş verib.

Emreli bu oyunda bir qol da vurub.

M.Emreli 2022-24-cü illərdə Xorvatiyada “Dinamo”da (Zaqreb) oynayıb. Xorvat dilini də elə orada yaşadığı dövrdə öyrənib.

Digər Xəbərlər
Xəbər Lenti