“Eqnatiya” (Albaniya) Avropa Liqasının pley-off mərhələsində Norveçdən “Lillestrem” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
“Eqnatiya”nın heyətində çıxış edən Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev meydana daxil olmayıb.
Tərəflər arasında cavab oyunu 27 avqust, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
