Murad Məmmədovun formasını geyindiyi Kipr “Pafos”u Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üstünlük qazana bilməyib.
Sportinfo.az xəbər verir ki, Kipr komandasıAlbaniyada “Dinamo Siti” ilə 1:1 hesablı heç-heçə edib.
Qarşılaşma Albaniyanın Elbasan şəhərində yerləşən “Elbasan Arena”da keçirilib. İlk hissədə hesab açılmayıb, hər iki qol fasilədən sonra vurulub.
Millimisin üzvü bu oyunda komandanın heyətinə salınmayıb.
Millimizin 20 yaşlı yarımmüdafiəçi bu yay “Neftçi”dən Kipr klubuna keçib.
Məmmədov “Pafos”un bundan əvvəl Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Zaltsburq”la 3:3 hesablı heç-heçə etdiyi görüşdə fərqlənib. 82-ci dəqiqədə meydana daxil olub və cəmi iki dəqiqə sonra komandasının üçüncü qolunu vurub.
“Dinamo Siti” – “Pafos” cütünün cavab qarşılaşması avqustun 27-də Kiprdə, “Alphamega” stadionunda keçiriləcək.
