Azərbaycanlı hücumçu fərqləndi, 90+5-ci dəqiqədə yenilgidən xilas oldular

02:20 Bizimkilər 98
Azərbaycanlı hücumçu fərqləndi, 90+5-ci dəqiqədə yenilgidən xilas oldular

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu bu gün Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.

Mahir start heyətdə meydana çıxıb və sonadək oynayıb. Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Görüş 2:2 hesab ilə yekunlaşıb.

Bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.

"Hayduk" (Xorvatiya) - "Rakuv" (Polşa) 2:2

Qollar: Seqo, 21, De Almeyda, 48 - Emreli, 27, Diabi-Fadiqa, 90+5

Qırmızı vərəqə: Pajaziti, 55 ("Hayduk")

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!