Ramil Şeydayev oynadı, “Soçi” səfərdə qalib gəldi

03:30 Bizimkilər 106
Ramil Şeydayev oynadı, “Soçi” səfərdə qalib gəldi

Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" komandası səfərdə "Nefteximik"in qonağı olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra "Soçi" 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.

"Nefteximik" - "Soçi" 1:2

Qollar: İ.Maşukov, 60 - Marselo Alves, 29, R.Maqal, 45

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!