Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov Türkiyə 1-ci Liqasında “Bursaspor”un növbəti oyununda meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, Bursa təmsilçisi 2-ci turda “Iğdır FK”nı 1:0 hesabı ilə məğlub edib.
Qolu 16-cı dəqiqədə İheanacho vurub.
Bursa şəhər stadionunda keçirilən və 40 min azarkeşin izlədiyi matça Toral Bayramov ehtiyat oyunçular skamyasında başlayıb. O, 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.
“Bursaspor” yeni mövsümdə keçirdiyi hər iki oyunda qalib gəlib və hazırda 6 xal toplayaraq “Manisaspor”la birgə şərikli liderdir.
Bayramov ilk turun matçında da iştirak edib.
