Gələn il Ağdama köç planlaşdırılır - AÇIQLAMA

22 Fevral 2024 08:00 Bizimkilər 514
Gələn il Ağdama köç planlaşdırılır - AÇIQLAMA

“Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub”.

Bunu Bakıda keçirilən “Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

“Hazırda Ağdamda 3 kəndin inşası da gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb”, - deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol