Mahir Emreli "Qalatasaray" önündə nələr etdi? - VİDEO

20 Mart 2023 20:40 Bizimkilər 1 317
Mahir Emreli "Qalatasaray" önündə nələr etdi? - VİDEO

Mahir Emreli "Konyaspor" formasında növbəti matçını ötən həftə "Qalatasaray"a qarşı keçirdi.

"Cim-bom"un 14 oyunluq qələbə seriyasına son qoyduqları oyunda Mahir 2:1 hesablı qələbəyə sevindi.

Biz isə qələbədən çox Mahirin yaxşı çxışına həm sevindik, həm də ümidləndik.

Sağ vinger mövqeyində çıxış edən millimizin üzvü meydanda olduğu 79 dəqiqə ərzində rəqib müdafiəsinə çətin anlar yaşada bildi.

Bir epizodda özü qola yaxın oldusa, bir neçə yaxşı reydindən sonra komanda yoldaşlarına bu şansı yaratmağa cəhd etdi.

Əbəs deyil ki, matçdan sonra türkiyəli fanatlar da onun çıxışından ağızdolusu danışdı.

Amma 100 dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.

İndi təqdim edəcəyimiz videoda Emrelinin İstanbul nəhəngi ilə qarşılaşmada özünü cinahda necə yaxşı apardığı açıq-aşkar görəcəksiniz.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?