Avropa klublarının skautları “Qalatasaray”ın hücumçusunu izləyəcək

27 Noyabr 2021 01:00 Türkiyə 566
Avropa klublarının skautları “Qalatasaray”ın hücumçusunu izləyəcək

"Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu Avropa klublarının hədəfindədir.

Sportinfo.az xəbər verir ki, Fransanın “Lion”, “Lill”, İtaliyanın “Roma”, “Atalanta”, Almaniyanın “Volfsburq”, “Ştutqart”, “Ayntraxt” (Frankfurt) və İspaniyanın “Valensiya” klubu türkiyəli hücumçu ilə maraqlanır.

Sözügedən klubların nümayəndələri bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Marsel” oyununda Kərəmi izləyəcək.

23 yaşlı hücumçu bu mövsüm 23 oyunda 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti