Azərbaycan klubunda kütləvi yoluxma - SON DƏQİQƏ

24 Noyabr 2021 15:00 Sabah 1 879
Azərbaycan klubunda kütləvi yoluxma - SON DƏQİQƏ

Son turlar uğurlu qrafik cızan və ardıcıl 4 turdu məğlubiyyət nə olduğunu bilməyən "Sabah"da hər şey yenicə yoluna düşürdü ki, bir anda gələn xəbər hamının kefini korlayıb.

Belə ki, Masazır təmsilçisinin məşqçilər heyətində kütləvi yoluxma aşkarlanıb.

Baş məşqçi Murad Musayev və köməkçi məşqçilərdən Vladimir Şeludko xaric, digər məşqçilər hamısı koronavirusa yoluxub.

Yoluxma halı komandada ötən həftədən aşkarlanıb. Bu həftə isə virus məşqçilər korpusunun demək olar bütün üzvlərinə yayılıb.

Yaranmış durum rusiyalı çalışdırıcını çətin vəziyyətə salıb.

3 gün sonra "Keşlə" ilə vacib görüşə hazırlaşan komandanın məşqlərini Musayev təkbaşına keçir.

Əcnəbi çalışdırıcının indi tək arzusu virusun ondan yan keçməsidir. Əks halda vəziyyət daha da acınacaqlı ola bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"