"Neftçi"nin sabiq prezidenti Avrliqanın oyununa təyinat aldı

20 Oktyabr 2020 15:18 Neftçi 506
"Neftçi"nin sabiq prezidenti Avrliqanın oyununa təyinat aldı

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasında qrup mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov isə "Slovan" (Liberets, Çexiya) - "Gent" (Belçika) oyununda eyni funksiyanı yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!