Messiyə 2 əla qol vurmaq üçün 4 dəqiqə kifayət etdi - VİDEO

28 Sentyabr 2022 21:40 Hadisə 452
Messiyə 2 əla qol vurmaq üçün 4 dəqiqə kifayət etdi - VİDEO

Argentina millisi Yamaykaya qarşı yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, görüş onların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Xulian Alvares (13-cü dəq.) və Lionel Messi (86, 89) vurublar. Kapitanın 4 dəqiqədə rəqib qapısından 2 qol keçirməsi xüsusən diqqət çəkib.

Bəzi nüfuzlu beynəlxalq idman nəşrləri bunu 35 yaşlı Messinin köhnə günlərinə dönməsi kimi dəyərləndirib.

Yamaykayla matçda iki dəfə fərqlənməklə Messi millidə 90-cı qolu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?