Şahruddinin Super Liqada buraxdığı iki qol - VİDEO

25 Sentyabr 2023 10:40 Bizimkilər 4 585
Şahruddinin Super Liqada buraxdığı iki qol - VİDEO

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Dəmirspor”da debüt edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper Super Liqanın 6-cı turu çərçivəsində “Kasımpaşa”ya qarşı keçirdikləri səfər matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub.

O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar. 51-ci dəqiqədə isə Şahruddin penaltidən daha bir qol buraxıb.

Məhəmmədəliyevin komandası yekunda 1:2 hesabıyla məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!