Azərbaycan futbolu üçün önəm kəsb edən qərarlar VERİLƏCƏK

18 Sentyabr 2020 20:40 Dünya futbolu 1 107
Azərbaycan futbolu üçün önəm kəsb edən qərarlar VERİLƏCƏK

UEFA İcraiyyə Komitəsinin növbəti iclası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, toplantı sentyabrın 24-də gerçəkləşəcək.

Bu, eyni gündə "Puşkaş Arena"da Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək UEFA Super Kuboku ərəfəsində baş tutacaq.

İcraiyyə Komitəsinin iclasında sonra UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub. Koronavirus səbəbindən az sayda jurnalistə icazə veriləcək və konfrans UEFA-nın rəsmi saytında canlı yayımlanacaq.

İcraiyyə Komitəsinin gündəliyinə daxil olan əsas məsələlər bunlardır:

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin təqvimi

2020/2021 mövsümü üzrə Millətlər Liqasında final mərhələsinin püşkatma proseduru və təqvimi

2020/2021 mövsümündə UEFA Gənclər Liqasının formatı və təqvimi

"UEFA Grassroots mükafatları - 2020"

Müxtəlif UEFA komitələrinin hesabatları

Digər Xəbərlər
Xəbər Lenti