Mahir Emreli: “Utanırdım, Kloze məni çağırıb dedi ki...” - VİDEO

15 Yanvar 16:20 Bizimkilər 4 447
Mahir Emreli: “Utanırdım, Kloze məni çağırıb dedi ki...” - VİDEO

“Nürnberq”də çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli “İdman Azərbaycan”da yayımlanan “Sportcast” verilişində maraqlı etiraflar edib.

Sportinfo.az xəbər verir ki, o, milli komandamızın göstərdiyi nəticələrin ona pis təsir etdiyini, hətta buna görə utandığını da bildirib.

M.Emreli Miroslav Kloze ilə aralarındakı maraqlı dialoqdan da danışıb:

“Dinamo”da (Zaqreb) oynayanda digər yığmalarda çıxış edən futbolçular həmişə zarafat edirdi. “Nürnberq”də də bu var.

İsveçə səfərdə 0:6 hesabı ilə uduzduğumuz oyundan sonra baş məşqçim Miroslav Kloze məni çağırıb dedi ki, mən heç vaxt bu yığmaya uduzmamışam.

Çalışıram ki, orda fərdi nələrsə edim ki, diqqət çəkim. İsveçlə oyundan sonra utanırdım.

Oynadığım komandalarda çox güclü yığmalarda çıxış edənlər var idi”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”