Rəhbərliyə məlumat verdi - Hansı mövqelər güclənməlidir?

20 Aprel 2022 21:40 Almaniya 636
Rəhbərliyə məlumat verdi - Hansı mövqelər güclənməlidir?

Sportinfo.az xəbər verir ki, "Bavariya"nın baş məşqçisi Yulian Naqelsmanın hansı mövqeləri gücləndirmək istədiyi məlum olub.

Naqelsmann rəhbərliyə bildirib ki, yay transfer pəncərəsi zamanı sağ cinah müdafiəçisi, təkbətək mübarizədə güclü olan mərkəz yarımmüdafiəçisi, eləcə də, rəqabət yarada biləcək hücumameyilli oyunçu alınacağına ümid edir.

Rəhbərliyin onun bu istəyinə nə cavab verdiyi bəlli deyil. "Bavariya" 30 oyunda 72 xal toplayıb və turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Çempionatın növbəti turunda "Bavariya" Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM