"Zirə" rəhbərliyi Adil Şükürovla görüşdü - Sabahkı məşq ləğv olundu

8 Oktyabr 20:46 Zirə 1 137
"Zirə" rəhbərliyi Adil Şükürovla görüşdü - Sabahkı məşq ləğv olundu

"Zirə" rəhbərliyi ən qısa müddətdə baş məşqçi məsələsini həll etməlidir. Sportinfo.az xəbər verir ki, istefaya göndərilən Samir Abasovla birgə köməkçiləri Seymur Rəhimov və Vəfadar Quliyev də komandanı tərk edib. Bu səbəbdən də "Zirə"ni 8-ci turda "Neftçi" ilə səfər matçına kimin çıxaracağı bəlli deyil. Məşqçi heyəti tam tərkibdə istefaya getdiyindən komandanı məşqə çıxaracaq mütəxəssis də qalmayıb, bu üzdən "Zirə"nin sabaha nəzərdə tutulan çalışmaları ləğv olunub. Klub rəhbərliyi millinin oyunları ilə əlaqədar yaranan fasilə müddətində baş məşqçi məsələsinə son qoymaq istəyir.

Ramin Quliyev və Aftandil Hacıyev vakant posta namizəd sayılsa da, "Zirə" rəhbərliyi bu gün sabiq məşqçiləri Adil Şükürovla görüşüb. 2015/2016-cı illllər mövsümündə qəsəbə təmsilçisinə gümüş medal qazandırmış Şükürov komandanı çətin vəziyyətdən çıxara biləcəyini və avrokuboklara vəsiqə qazandıracağını söz verib. Rəhbərlik hələki Şükürovla bağlı yekun qərar qəbul etməsə də, 42 yaşlı mütəxəssis ən azı müvəqqəti baş məşqçi ola bilər.

Xatırladaq ki, Adil Şükürov son olaraq "Zirə" rəhbərliyinin kurasiyasında olan "Şüvəlan" klubunu çalışdırıb. 1-ci divizionda çıxış edən "Şüvəlan" mövsümün əvvəlində dağılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat