"2008-ci ildə Bəhreyni 10 nəfərlə udmuşduq" - AÇIQLAMA

9 Oktyabr 18:05 Milli komanda 324
"2008-ci ildə Bəhreyni 10 nəfərlə udmuşduq" - AÇIQLAMA

Milli komandamızın sabiq oyunçusu Saşa Yunisoğlu Sportinfo.az-a açıqlama verib.

O, millimizin bu gün Bəhreynə qarşı keçirəcəyi yoxlama görüşü haqda danışarkən, 11 il öncə ərəblərə qarşı keçirdikləri görüşü xatırlayıb:

“2008-ci ildə Bəhreynə qarşı oynamışdıq. Oyunun gedişində meydanda azlıqda qalmışdıq. Səhv etmirəmsə, Rail Məlikov qırmızı vərəqə almışdı. 0:1 hesabı ilə məğlub durumda idik. Buna baxmayaraq qalib gələ bilmişdik. Bəhreyn güclü komanda deyil. Ona görə də onlara qarşı oyunu Macarıstanla matçöncəsi yüngül sınaq hesab etmək olar. Bir neçə oyunçu da milliyə zədə və cəza səbəbindən dəvət edilməyib. Yeni gələn oyunçular üçün özünü göstərmək baxımından yaxşı şans yaranıb. Nikola Yurçeviçin optimal heyət yığması üçün Bəhreynlə qarşılaşma çox vacibdir”.

Yunisoğlu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə Macarıstan yığmasına qarşı keçiriləcək oyun barədə də fikirlərini bildirib: “Macarıstan indi çox yaxşı formadadır. Necə oynadıqlarını da görürük. Xorvatiyaya qarşı da yaxşı oynadılar. Macarıstan bu seçmə mərhələyə yaxşı start götürüb. Millimizə qarşı evdə oynayacaqlar. Ona görə də çox çətin olacaq. Futbolçularımız Xorvatiyaya qarşı oynadıqları kimi oynasalar, bir xal əldə edə bilərlər. Macarıstandan bir xal götürsək, bizim üçün uğur sayılacaq. Bəzi oyunçular olmasa da, məncə, yeni gələnlər özlərini yaxşı tərəfdən göstərə biləcək".

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat