Azərbaycan Albaniyaya qalib gəldi - YENİLƏNİB

8 Oktyabr 16:05 Milli komanda 335
Azərbaycan Albaniyaya qalib gəldi - YENİLƏNİB

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Albaniya millisi ilə qarşılaşıb. "Braqa" stadionunda keçirilən görüş yığmamızın qələbəsilə başa çatıb. Yığmamızın yeganə qolunu Dilarə Dəli vurub.

Bundan əvvəlki oyundan əvvəl Portuqaliya və Almaniyadan 6 cavabsız qol buraxmışdı.

8 oktyabr

Albaniya U-19- Azərbaycan U-19 0:1

Qol: Dəli, 73
Qırmızı vərəqə: Sona Rəhimov, 90+2

Hakimlər: İoanna Allayiotou (Kipr), Dora Mayrianti (Kipr), Andrea Souza, Tereza Alise Pimenta Oliveyra (hər ikisi Portuqaliya)

Azərbaycan: Elvira Əskərzadə(k), Lamiyə Qurbanova, Nigar Mirzəliyeva, Nəslihan Bozkaya, Sona Rəhimova, Çalin Kless, Aytac Nemətova, Dilarə Dəli, Minarə Gözəlova, Beyzənur Aslan, Ayşə Duran

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat