Rafael Ağayev: "Biz robot deyilik" - VİDEO

9 Oktyabr 09:46 Digər növlər 387
Rafael Ağayev: "Biz robot deyilik" - VİDEO

Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev Rusiyada qələbədən sonra Bakıya dönüb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq hava limanında karateçimizi yaxınları və media nümayəndələri qarşılayıb.

Rafael Ağayev “BakuTV”yə müsahibəsində bildirib ki, onun üçün bi il çətin keçib və buna görə son qələbəyə çox sevinib. “Bu il mənim üçün önəmli idi.

Çünki karate Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Gələn il Tokioda çıxış etmək üçün hamımız lisenziya qazanmağa çalışırıq. İlin əvvəlindən 4 finalda məğlub olmuşdum və iki yarışda 3-cü olmuşdum. Bu mənim il ərzində ilk qızıl medalımdır və buna görə çox sevindim.

Bütün xalqımıza, bütün insanlara demək istəyirəm ki, biz robot deyilik, udub-uduzmağı bacarmalıyıq. Peşəkar idmançılar nə qədər yüksəkdə olsalar da, yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər” - deyə Rafael Ağayev vurğulayıb.

Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat