"Bavariya"nın sabiq kapitanı karyerasını bitirdi

8 Oktyabr 19:34 Almaniya 190
"Bavariya"nın sabiq kapitanı karyerasını bitirdi

"Bavariya" və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkədə bu məlumatı paylaşıb:

"Karyeramı başa vurmağın zamanı gəldi! Bütün komandalarıma: “Bavariya”, “Mançester Yunayted”, “Çikaqo Fayr” və Almaniya millisinə təşəkkür edirəm. Təbii ki, mənə dəstək olan xanımım Anna İvanoviçə və ailəmə də təşəkkür edirəm. Çox sağ olun”.

2002-2015-ci illərdə “Bavariya"nın forması geyinən Bastian, 2015-2017-ci illərdə “Mançester Yunayted”də oynayıb. Onun son klubu “Çikaqo Fayr” olub. 2004-2016-cı illərdə isə Almaniya yığmasının şərəfini qorumuş veteran futbolçunun vida matçı keçirəcəyi gözlənilir.

Şvaynştayger ötənlərin bir nömrəli tennisçisi Anna İvanoviçlə evlidir. Cütlüyün iki övladı var.

Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat