AFFA-nın seminarı yeni, forması köhnə - FOTOLAR

9 Oktyabr 16:36 Azərbaycan Futbolu 323
AFFA-nın seminarı yeni, forması köhnə - FOTOLAR

AFFA uşaq futbolunda çalışan məşqçilərin biliyinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə Qubada seminar keçirib. Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə və Cahangir Həsənzadənin iştirakı ilə keçirilən kursda 21 məşqçi iştirak edib.

Bura qədər hər şey əla. Sadəcə AFFA-nın rəsmi saytında xəbərlə bağlı fotosessiyada bir məqam diqqətimizi cəlb etdi. Qubalı məşqçilərdən biri seminara üzərində federasiyanın köhnə loqosu olan idman forması ilə qatılıb. Həmin loqodan mərhum Fuad Musayev AFFA-ya rəhbərlik etdiyi dövrdə istifadə olunurdu.

Uşaq futboluna diqqət ilk öncə geyimdən başlayır. Maraqlıdır ki, əyalətdə məşqçilər, futbolçular geyinməyə forma tapmadığı halda AFFA-nın diqqət və qayğısından geninə-boluna danışanların sayı artır.

Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat