Cabbarov Estoniya - Latviya oyununda

9 Oktyabr 13:13 Azərbaycan Futbolu 146
Cabbarov Estoniya - Latviya oyununda

FIFA referisi Rauf Cabbarov növbəti beynəlxalq oyuna təyinat alıb. Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, 34 yaşlı hakim 21 yaşadək futbolçulardan ibarət Estoniya və Latviya yığmaları arasında AVRO-2021-in seçmə oyununu idarə edəcək.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oktyabrın 11-də Estoniyanın Pyarnu şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat